Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Xocasən qəsəbəsində tibbi aksiya keçirilib
07.05.2026 10:08

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində tibbi aksiya həyata keçirilib.

Mərkəzdən Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində 100 nəfər müayinədən keçirilib. Tibbi aksiyanın əsas xidməti şəhid ailələrinin üzvləri, qazilər və aztəminatlı əhali üçün əlçatan, keyfiyyətli tibbi xidmətin təmin edilməsi olub. Səyyar oftalmoloji müayinələr vətəndaşların göz sağlamlığının vaxtında qiymətləndirilməsi, görmə problemlərinin erkən mərhələdə aşkar edilməsi və müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi məqsədilə təşkil edilib.


Aksiya çərçivəsində müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lamiyə Həsənzadə, Nuranə Ələkbərova və həkim-rezident Ülkər Şükürova tərəfindən aparılıb.

Tədbirdə, həmçinin Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova və sürücü Vasif Nəsirov iştirak ediblər. 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə