Astarada tibbi AKSİYA:  250 nəfər müayinədən keçib
30.04.2026 09:25

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş tibbi aksiya Astara rayonunda keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

Bildirilib ki, aksiyanın əsas məqsədi əhali arasında göz sağlamlığı ilə bağlı problemlərin vaxtında aşkarlanması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək olub.

İki gün davam edən aksiya çərçivəsində ümumilikdə 250 nəfər müayinədən keçirilib. Pasiyentlərə ilkin diaqnozlar qoyulub, zəruri hallarda əlavə müalicə və müayinələr tövsiyə edilib. Bununla yanaşı, aparılan müayinələr əsasında göz xəstəlikləri üzrə monitorinqlər həyata keçirilib, əldə olunan nəticələr peşəkar tibbi heyət tərəfindən təhlil olunub.


Müayinələrə Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri – Samir İbadov, Hikmət Əzizi və Möhsün Əliəkbərov cəlb olunublar.


Tibbi aksiyanın təşkilində Səyyar Klinikanın baş həkimi Elçin Həsənov və digər texniki heyət üzvləri fəal iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır