Həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub
24.04.2026 14:06
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Tərtər rayon Köçərli kəndində yerləşən tibb məntəqəsində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və İcbari Tibbi Sığortanın yaratdığı xidmətlər zərfi çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işlər aparmaqdır.
 
Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (laboratoriya, terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika və s.) həkimlər tərəfindən icbari tibbi sığorta çərçivəsində ümumilikdə 60-a yaxın sakinə( uşaqlar da daxil olmaqla) 70-dən çox tibbi xidmət göstərilib.
 
Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib