AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir
01.05.2026 15:41
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” (One Health) mentorluq proqramına start verilir.
 
Aztibb.az-a AQTİ-dən verilən xəbərə görə, bu proqramın məqsədi tələbələrin “Vahid Sağlamlıq” yanaşmasına uyğun hazırlanması, onların strateji düşünən və müasir çağırışlara cavab verən peşəkar mütəxəssis kimi formalaşdırılmasıdır.
 
Mentorluq proqramına seçilən iştirakçılar AQTİ-nin rəhbər şəxsləri və ölkənin aparıcı ekspertləri ilə birbaşa kommunikasiya imkanı əldə edəcəklər. 12 həftəlik inkişaf proqramı çərçivəsində iştirakçılara idarəçilik, elmi yanaşma və qlobal çağırışlara dair tövsiyələr təqdim olunacaq.
 
Təşəbbüs qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai səhiyyə sahələrində təhsil alan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməklə, bu istiqamətlərdə gələcəkdə aparıcı rol oynaya biləcək yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını hədəfləyir.
 
Proqram müddətində mentorluq görüşləri, texniki biliklərin inkişafı və praktiki tətbiqi, həmçinin tematik master-klasslar və sessiyalar iştirakçıların ixtisasına, ehtiyaclarına və motivasiyasına uyğun şəkildə təşkil ediləcək.
 
Müraciət, qiymətləndirmə və seçim prosesi şəffaf və obyektiv meyarlar əsasında aparılacaq. Namizədlər uyğunluq, motivasiya və rəqabət prinsipləri nəzərə alınaraq seçiləcəklər.
“Vahid Sağlamlıq” mentorluq proqramı haqqında ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsindən (https://afsi.gov.az/az/mentorship) öyrənmək mümkündür.
Proqrama müraciət yaxın günlərdə elan olunacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır