Son gündə Türkiyədə koronavirusdan 116, Pakistanda isə 37 nəfər ölüb
18.11.2020 22:20

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 116 nəfər ölüb.

 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3742 nəfər olub.

 

Son gün ərzində Pakistanda COVID-19 koronavirusuna 2 min 298 nəfər yoluxub, pandemiya dövründə belə xəstələrin sayı 363 min 380 nəfər olub.

 

Son sutkada COVID-19-dan 37 xəstə ölüb, həyatını itirənlərin ümumi sayı 7 min 230 nəfərə çatıb.

 

Xəstəxanalarda 30 min 362 pasiyent var, onların 1551-nin vəziyyəti ağırdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib