"Pfizer" COVID-19 peyvəndinin ABŞ-da paylanmasına başlayıb
18.11.2020 14:04

ABŞ-ın "Pfizer" əczaçılıq şirkəti ABŞ-ın 4 əyalətində yeni növ koronavirusa (COVID-19) qarşı hazırladığı peyvəndin paylanmasına başlayıb.

 

Aztibb.az "New York Post" qəzetinə istinadla xəbər verir ki,  paylanmanın başlandığı Rod-Aylend, Texas, Nyu-Meksiko və Tennesi əyalətlərinin böyüklüyü, əhalinin müxtəlifliyi və immunizasiya infrastrukturu nəzərə alınaraq seçildiyi və bu peyvəndin şəhər və kənd yerlərindəki insanlara çatdırılmasının hədəfləndiyi bildirilib.

 

Pilot peyvənd paylanması layihəsinin ABŞ-ın digər əyalətləri üçün bir model olacağına ümid edilir.

 

Qeyd edək ki, "Pfizer" və türk alimi prof. dr. Uğur Şahinin qurucu tərəfdaşı olduğu Alman biotexnologiya şirkəti "BioNTech" tərəfindən hazırlanan potensial COVID-19 peyvəndinin virusa qarşı 90 faizdən çox effektiv olduğu bildirilir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib