Qubada yaşayış yerini tərk edən 5 koronavirus xəstəsi saxlanılıb
18.11.2020 13:34

Qubada yaşayış yerini tərk edən 5 nəfər koronavirus xəstəsi müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxmuş 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.

 

Belə ki, noyabrın 17-də Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.

 

Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edərək, digər insanlar üçün real təhlükə yaradıblar.

 

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib