“Əgər xəstədə heç bir əlamət müşahidə olunmursa, ağciyərlərin KT-sinə ehtiyac yoxdur”
18.11.2020 13:12

“Əhalidən çox xahiş edirik, koronavirusa yoluxma hiss edərlərsə, xəstəliyin ilk dövrlərində həkimə müraciət etsinlər. Evdə də müalicə oluna bilərlər, lakin bu zaman müalicə həkim nəzarəti altında aparılmalıdır. Bu xəstəliyin spesifik müalicəsi yoxdur, amma simptomatik müalicə təyin oluna bilər. Əgər xəstəliyin gedişində ağırlaşma olarsa, xəstə həkimin göstərişi ilə xəstəxanaya yerləşdirilə bilər”.

 

Bu barədə Səhiyyə Nazirliyinin İşçi qrupunun üzvü Nailə Daşdəmirova AZTV-yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, evdə müalicə alan xəstələr şərait imkan verirsə, digər ailə üzvlərindən təcrid olunmalı, başqa otaqda yerləşdirilməlidirlər: “İmmuniteti möhkəm olan ailə üzvü maska və əlcəkdən istifadə edərək, dezinfeksiya qaydalarına əməl etməklə xəstəyə qulluq etməlidir. Bacardıqca sosial məsafəni gözləmək lazımdır. Səthlər dezinfeksiya olunmalı, xəstənin yatağı tez-tez dəyişdirilməli, otaq yaxşı havalandırılmalıdır. Yataq dəyişdirilən zaman onu digər ailə üzvlərinin çamaşırları ilə birlikdə yumaq olmaz”.

 

Həkim həmçinin bildirib ki, əgər xəstədə heç bir əlamət müşahidə olunmursa, ağciyərlərin KT-sinə ehtiyac yoxdur. 3 gündən artıq yüksək temperatur KT olunmaq üçün göstəriş ola bilər.

 

“Həm COVID-19, həm də müharibənin olması əhalinin psixoloji vəziyyətinə ciddi təsir edib. Hazırda bu vəziyyət nəzərə alınmalı, əhaliyə psixoloji yardım da göstərilməlidir. Biz birlikdə olsaq, bu virusa qalib hələ bilərik. Bir az məsuliyyəti artıraq, deyilən qaydalara riayət edək, kütləvi toplaşmalardan qaçaq. Hər şey özümüzdən asılıdır”.

 

Səhiyyə Nazirliyinin rəsmisi həmçinin əlavə edib ki, son günlər ölkə ərazisində koronavirusa yoluxma sayında müşahidə olunan kəskin artım səhiyyə sisteminin yüklənməsinə səbəb olub. Nazirlik ambulator və poliklinik xidməti yüksəltməklə bu yükü bir qədər azaltmaq niyyətindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib