COVID-19-a yoluxmanın çoxalması dövlətin yükünü xeyli artırır - Baş infeksionist
18.11.2020 11:39

Azərbaycanda COVID-19-a yoluxma sayındakı artımın davam etməsi dövlətin, xüsusən də səhiyyənin yükünü xeyli artırır.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, koronavirusa yoluxma sayındakı yüksək göstəricilər bir çox ölkələrdə müşahidə olunur.

 

Baş infeksionist qeyd edib ki, yoluxma sayında olan artım gözlənilən idi və bu, hələ yay aylarında proqnozlaşdırılmışdı.

 

T.Eyvazov əlavə edib ki, yoluxma sayındakı artımla bağlı vəziyyətdə iqlim faktorları ilə yanaşı, əhalinin müvafiq gigiyena qaydalarına nə dərəcədə əməl etməsi də çox önəmli rol oynayır:

 

"Biz yeni növ koronavirus infeksiyasının gedişini yaz-yay aylarında izləyə bildik. İndi isə payız-qış mövsümüdür. Biz bu dövrü ilk dəfədir ki, izləyirik və buna görə də gözlənilən vəziyyətlə bağlı proqnoz vermək çox cətindir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib