İtaliyada 63 il birlikdə yaşamış ər-arvad COVID-19-dan eyni gündə vəfat etdi
18.11.2020 10:41

İtaliyanın Milan şəhərində 63 il bir yerdə yaşamış ər-arvad koronavirusdan eyni gündə ölüb.

 

Bu barədə Aztibb.az ria.ru saytına istinadən xəbər verir.

 

Vinçenso və Olqa Molino Milan ətrafındakı Sesto-San-Jovannidə yaşayıblar. Onlar hələ 17-18 yaşlarında Apulinin cənubunda tanış olublar və 1957-ci ildə Milana köçüblər.

 

Cütlüyün altı nəvəsi var və onlar sentyabrın sonunda toylarının 63-cü ildönümünü qeyd ediblər.

 

83 və 82 yaşlı qocalar on gün xəstə olublar. Onlarda yüksək hərarət müşahidə edilib. Cütlük noyabrın 11-də Monsı şəhərinin xəstəxanasına aparılıb. Koronavirusun aşkarlandığı Vinçenso və Olqa Molino xəstəxananın müxtəlif palatalarına yerləşdiriliblər. Cütlük 1 saat fərqi ilə dünyadan köçüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib