Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
18.11.2020 10:32

Fransada noyabrın 17-də COVID-19 epidemiyasına 45 522 yeni yoluxma və 437 ölüm faktı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, ölkədə SARS-CoV-2 virusuna yoluxanların ümumi sayı 2 036 755-ə çatıb. Xəstəxanalarda 33 500 koronavirus xəstəsindən 4 900-dən çoxu reanimasiya şöbələrində ağır vəziyyətdədir. Ölkədə epidemiya başlayandan ölənlərin ümumi sayı 46 273-ə çatıb.

 

Böyük Britaniyada son sutka ərzində 20 051 nəfər koronavirusa yoluxub. 

 

Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 410 732 nəfərə çatıb. 

 

Son sutkada 598 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da koronavirusa görə ölənlərin sayı 52 745 nəfərə çatıb.  

 

Ermənistanda son sutka ərzində COVID-19 infeksiyasına 1 589 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

 

 Beləliklə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 120 459, xəstəlikdən ölənlərin sayı isə 1 839 nəfərə çatıb.

 

Ölkədə koronavirusdan sağalanların sayı 80 069 nəfərdir.

 

Gürcüstanda isə daha 3 443 nəfər bu virusa yoluxub, 37 nəfər koronavirusdan vəfat edib.

 

Qonşu ölkədə koronavirusa yoluxanların sayı  89 395 nəfərə, ölənlərin sayı isə 815 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 71 468 nəfərin sağaldığı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib