İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik - TƏBİB
18.11.2020 09:47

Əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVID-19 virusunun daha ağır formasını müşahidə edirik.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

 

Onun sözlərinə görə, klinik təcrübələrdə artıq uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi məlum olub.

 

V.Əliyev qeyd edib ki, COVID-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə edilib-edilməməsi individualdır. Çünki virusa xas olan əlamətlərin hamısı eyni insanda görünməyə də bilər:

 

“Şərt deyil ki, virusa xas bütün əlamətlərin hamısı bir insanda müşahidə edilsin. Ola bilər ki, insanda bu əlamətlərin heç biri olmasın, amma virus daşıyıcısı olsun. Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox da, az da görünə bilər. Məsələn, iy və dadbilmə bəzilərində olmaya bilər. Amma elə şəxslər ola bilər ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa edilsin. Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində hərarət qeydə alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək olsun”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib