Oqtay Gülalıyev koronavirusa yoluxdu
18.11.2020 09:03

Hüquq müdafiəçisi Oqtay Gülalıyev yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Aztibb.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

 

Təbriz Gülalıyev qeyd edib ki, COVID-19 üçün götürülən analizin nəticəsi müsbət çıxsa da, atasının müalicəsi evdə davam etdiriləcək:

 

"Atam Oqtay Gülalıyevdən dünən xəstəxanaya köçürülməsi üçün COVID-19 testi götürüldü. Bu gün çıxan cavablara əsasən, təəssüf ki, nəticə müsbətdir. Ailəmizin qərarına əsasən xəstəxanaya aparılmasını qəbul etmədik. Hələlik COVID-19 üçün müalicəsi ev şəraitində aparılacaq. Səbəb olaraq bildirim ki, atamın evdə baxım şəraiti fərqli olduğundan (xususi cihazla qida, maye, dərman qəbulu və s) düşünmürük ki, indiki vəziyyətdə hansısa xəstəxanada atama bu şəraitdə baxa biləcəklər. Ümid edirik ki, virusa qarşı müalicəsi normal davam edəcəkdir".

 

"TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.

 

Testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib.

 

Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib: "Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya - «Yeni Klinika» tibb müəssisəsinə yerləşdirilib", - TƏBİB-in məıumatında qeyd  edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib