Gəncədə dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir
17.11.2020 15:49

Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir. 

 

Şəhərdə mütəmadi olaraq dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılan işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunurlar. 

 

Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulur. Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılır. 

 

Tibbi-profilaktiki tədbirlərlə yanaşı Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları reyd və maarifləndirmə işlərini də davam etdirirlər. Onlar şəhərdə fəaliyyət göstərən market, mağaza və geyim dükanlarında olur, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparır, müəyyən olunmuş qaydalara əməl edilməsinin önəmi bir daha xatırladırlar. Sakinlərə sosial məsafə saxlamaq, tibbi maska, əlçək və sprit kimi, qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

 

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib