Cənubi Koreyada karantin tədbirləri sərtləşdirilir
17.11.2020 15:39

Cənubi Koreyada son günlər COVID-19 virusuna yoluxma hallarının çoxalması hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar edib.

 

“Yonhap” agentliyi xəbər verir ki, yoluxma hallarının daha çox qeydə alındığı paytaxt Seul və ətrafında, habelə Kyongi vilayətində karantin tədbirləri bir mərhələ yuxarı səviyyəyə qaldırılıb. Noyabrın 19-dan başlayaraq 2 həftə qüvvədə olacaq yeni karantin rejimində kütləvi toplantılara və qapalı məkanlardakı adam sayına məhdudiyyət qoyulacaq. Kafe və restoranlarda müştərilər arasında ən azı 1 metr məsafə saxlanılmalı, şagirdlərin ən çoxu üçdəikisinin siniflərdə keçirilən dərslərdə iştirakına, dini ibadət məkanlarında isə onların ziyarətçi sayının ən çoxu 30 faizinin iştirakına icazə veriləcək.

 

Epidemioloji vəziyyətin gedişindən asılı olaraq karantin tədbirlərinin daha da sərtləşdirilməsi istisna olunmur.

 

Səhiyyə naziri Park Neunq-hu koronavirusun ölkə əhalisinin təxminən yarısının yaşadığı paytaxt və ətrafından kənara çıxmasının qarşısını almaq üçün karantin tədbirlərinin sərtləşdirilməsinin vacib olduğunu deyib. Qərarın qəbulunda dekabrın 3-də ali məktəblərə qəbul imtahanında iştirak edəcək 493 min abituriyentin təhlükəsizliyinin təmin olunması da nəzərə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib