Koronavirusdan ölüm nisbəti 6 ayda 35 faiz azalıb - Araşdırma
17.11.2020 13:03

Vaşinqton Universiteti tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, koronavirus daha az öldürməyə başlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Sağlamlıq Tədbirləri və Qiymətləndirmə İnstitutunun tədqiqatçıları COVID-19-un aprel ayında 0,9 faiz olan ölüm nisbətinin noyabr ayına qədər 0,6 faizə düşdüyünü aşkar ediblər.

 

Başqa sözlə, bu virusa yoluxmuş hər min nəfərdən doqquzu aprel ayında öldüyü halda, bu rəqəm noyabr ayında altıya düşüb.

 

Mövzu ilə əlaqədar açıqlama verən İnstitut direktoru Kristofer Murrey həkimlərin virusla əvvəlkindən daha yaxşı mübarizə apardığını bildirib.

 

Həkim K. Murrey ölüm statistikasına nəzər salındığında yaşlıların hələ də risk qrupunda olduğunu qeyd edib: "Ölüm riskinin yaşla əlaqəsi mövcuddur. Ölüm riski hər yaş üçün 9 faiz artır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib