Koronavirus qripdən iki dəfə ölümcüldür
17.11.2020 09:07

Xəstəxanalarda COVID-19 ilə bağlı ölüm hallarının sayı qrip ilə əlaqədar ölüm hallarından iki dəfə çoxdur. Qripdən ölənlərin statistikası göstərir ki, onların bir çoxu evdə dünyasını dəyişirlər, çünki bu virusu təhlükəli hesab etmirlər.

 

Aztibb.az www.rbc.ru-ya istinadla xəbər verir ki, bu barədə “Annals of the American Thoracic Society” jurnalında xəstəxanalarda koronavirus və qripdən ölüm hallarını təhlil edən araşdırmanın nəticələrində bildirilib.

 

Qeyd edilib ki, söhbət xəstəxanalara ağır qrip və koronavirus formaları ilə müraciət edənlərdən gedir. COVID-19 ilə xəstələrdə ölüm nisbəti 40 faiz, qrip xəstələri arasında isə 19 faiz təşkil edir.

 

Bu məlumatlar xəstənin yaşından, cinsindən, digər xəstəliklərin mövcudluğundan asılı deyildi. Bu, ABŞ-da COVID-19 və qrip xəstələrində klinik xüsusiyyətləri, laboratoriya nəticələrini birbaşa müqayisə edən ilk tədqiqatdır. Əvvəllər bu xəstəliklər arasındakı ölüm halı, xəstəxanalara qəbul olub-olmamasından asılı olmayaraq, bütün xəstələrin ümumi xüsusiyyətlərinə görə müqayisə olunurdu.

 

COVID-19 üçün dəqiq ölüm nisbətini hesablamaq olduqca çətindir, çünki tam olaraq nə qədər insanın xəstə olduğunu təyin etmək mümkün deyil. Pandemiyanın ilk aylarında yalnız ən ağır xəstələrə testlər edilirdi və asimptomatik və ya yüngül halların 90 faizindən çoxu nəzərə alınmırdı. O zaman sadə hesaba əsaslanaraq, koronavirusdan ölüm nisbətinin demək olar ki, 10 faizə yaxınlaşdığı nəticəyə gəlirdilər. Daha sonra, asimptomatik xəstələr üçün düzəlişlə Dünya Səhiyyə Təşkilatı onu 0,6 faizə endirdi, bu da mövsümi qrip üçün 0,1 faizdən çox yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib