ABŞ-da “Moderna” və “Pfizer”in vaksinlərindən istifadə dekabrda başlaya bilər
16.11.2020 22:09

ABŞ-da “Moderna” və “Pfizer” kompaniyalarının yeni koronavirusa qarşı hazırladıqları peyvəndlərdən istifadə olunmasına dekabr ayında başlanıla bilər.

 

Bu barədə açıqlama ilə ABŞ-ın baş virusoloqu Entoni Fauçi NBC telekanalının efirində çıxış edib. “Moderna” kompaniyasının peyvəndinin klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyinə dair bəyanatını şərh edən Fauçi bu məlumatları heyrətamiz adlandırıb. “İndi bizdə kifayət qədər effektli iki vaksin var. Bu, lazımi istiqamətdə mühüm addımdır”, - deyə baş virusoloq bildirib.

 

Noyabrın 16-da Amerikanın “Moderna” kompaniyasının koronavirus peyvəndi klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərdiyini bəyan edib. Bir müddət öncə ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan “AstraZeneca” kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırıb. Ağ evin məlumatına görə, administrasiya koronavirusa qarşı peyvənd layihələrinə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi