İtaliyada ötən ilin sentyabrında götürülən qan nümunəsində koronavirus anti-cisimləri aşkarlanıb
16.11.2020 15:50

İtaliyada Sars-Cov-2 koronavirusu 2019-cu ilin sentyabr ayında yayılmağa başlayıb: həmin ay analiz üçün götürülən qanda koronavirusa qarşı anti-cisimlər aşkarlanıb.

 

Aztibb.az www.interfax.ru saytına istinadla xəbər verir ki, bu barədə Milan Onkologiya İnstitutunun və Siena Universitetinin məruzəsində deyilir.

 

“Biz 2019-cu ilin sentyabrından 2020-ci ilin mart ayına qədər olan dövr ərzində ağ ciyər şişi üzrə analiz verən 959 insanın qan nümunələrini tədqiq etdik və 111nəfərdə (11,6 faiz) koronavirusun mövcudluğu ilə bağlı spesifik anti-cisimlər aşkarladıq”, - deyə sənəddə bildirilir.

 

Tədqiqatlar zamanı ən çox yoluxma hallarının Lombardiyada, sonra isə Pyemont, Latsio, Emiliya-Romanya, Toskana və Veneto əyalətlərində yayıldığı məlum olub. Belə çıxır ki, ölkədə COVID-19 infeksiyasının simptomsuz halları hələ rəsmən qeydə alınan “ilk pasiyentdən” xeyli əvvəl mövcud imiş.

 

Əvvəllər belə hesab edilirdi ki, yeni koronavirus 2019-cu ilin dekabrında Uxanda meydana gəlib və ilk yoluxma halları şəhərin mərkəzində yerləşən bazarda baş verib. Lakin indiyə qədər də “Hunan” bazarının infeksiyanın mənbəyi olması barədə təsdiqlənmiş məlumat yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib