BMT-nin Baş katibi: "COVID-19 diabet xəstələri üçün xüsusilə təhlükəlidir"
16.11.2020 10:34

Diabetin profilaktikası və müalicəsi üçün böyük səylər göstərilsə də, bu xəstəlikdən əziyyət çəkən insanların sayı artmaqdadır.

 

Aztibb.az BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş məlumat verib.

 

Dünyada bu xəstəlikdən 422 milyon insan əziyyət çəkir. Hər il 1,6 milyon insan isə diabet xəstəliyindən həyatını itirir. 2030-cu ildə bu xəstəlik insanın əsas “qatilləri” siyahısında yeddinci yeri tutacaq.

 

BMT başçısının sözlərinə görə, əhalinin həkimə müraciət etmək və lazımi müalicə almaq imkanının olmadığı aşağı və orta gəlirli ölkələrdə diabet xəstələrinin sayı daha tez artır.

 

“COVID-19 pandemiyası əlavə problemlər yaradır. Diabet xəstəliyinə görə müntəzəm qayğıya və müalicəyə ehtiyacı olanların çoxu müvafiq yardımları almaqda çətinlik çəkirlər. Eyni zamanda, diabetdən əziyyət çəkən xəstələrin şiddətli koronavirus infeksiyasına məruz qalmaları onların həyatı üçün çox təhlükəlidir”, - deyə A. Quterreş qeyd edib.

 

BMT Baş katibinin bildirdiyinə görə, gələn il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Diabetlə Mübarizə üzrə Qlobal Müqavilədə nəzərdə tutulanları həyata keçirməyə başlayacaq. Yeni təşəbbüs, diabet xəstəliyinin və bununla bağlı ölüm hallarının artmasına qarşı səylərin daha da gücləndirilməsinə yönəldiləcək.

 

“Biz COVID-19 pandemiyasını aradan qaldırmaqla yanaşı, səhiyyə xidmətlərinin ümumi əhatə dairəsini təmin etmək, bu sahənin möhkəmləndirilməsini və sağlam həyat tərzinin təşviqi istiqamətində əlimizdən gələni əsirgəməməliyik“, - deyə BMT-nin Baş katibinin bəyanatında bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib