Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək
16.11.2020 10:30

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumatı Federal Kansler Sebastian Kurts təsdiqləyib və testlərin ilk mərhələsinin dekabrın 6-da başa çatacaq sərt karantinin sonları, ikinci mərhələsinin isə Milad bayramı öncəsi üçün planlaşdırıldığını söyləyib.

 

Federal Kansler həmçinin qeyd edib ki, kütləvi testlər bir sıra hədəf qrupları, ilk növbədə isə təhsil işçiləri arasında aparılacaq. Kütləvi testlərin məqsədi koronavirusa yoluxmuş, lakin virusun əlamətlərini daşımayan şəxsləri (qeyri-simptomatik yoluxma halları) müəyyən edərək, virusun daha da geniş yayılmasının qarşısını almaqdır.

 

S. Kurts bildirib ki, Slovakiya təcrübəsi əsasında sürətli antigen testlərinin epidemioloji vəziyyətin inkişafına müsbət təsiri müəyyən edilib və eyni qaydada Avstriyada da əhali testlərə cəlb ediləcək, lakin bu zaman prioritet peşə istiqamətləri və əhalinin sosial qrupları nəzərə alınacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib