Artıq çəkili olmaq koronavirusu ağır keçirmə riskini artırır – Həkimdən XƏBƏRDARLIQ
16.11.2020 10:15

Türkiyənin Klinik Endokrinologiya və Diabet Dərnəyinin rəhbəri prof. Dr. Mustafa Araz pandemiya zamanı çəki almağın, xüsusilə diabet və qan təzyiqi xəstələrində yüksək şəkər və qan təzyiqinə səbəb ola biləcəyini və koronavirus infeksiyasına yoluxduqda onun ağır keçmə riskini artıracağını bildirib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, M. Araz diabetin dünyada xroniki və getdikcə artan bir xəstəlik olduğunu və Türkiyədə sürətlə yayıldığını vurğulayıb.

 

Beynəlxalq Diabet Federasiyasının (IDF) 9-cu Diabet Atlası məlumatlarını bölüşən M.Araz 20-79 yaş arasındakı əhalinin 463 milyonunun, yəni hər 11 nəfərdən birinin şəkərli diabet olduğunu bildirib. Bu məlumatlara istinad edərək, 2030-cu ildə dünyada diabet xəstəsi olanların sayının 580 milyona çatacağını və Türkiyədə hər 100 nəfərdən 14-də diabetə rastlandığını, ümumilikdə təxminən 7,5 milyon diabet xəstəsi olduğunu və bu rəqəmin 2040-cı ildə 12,5 milyona çatmasının proqnozlaşdırıldığını qeyd edib.

 

Bundan əlavə, həkim vurğulayıb ki, reanimasiyaya yerləşdirilən ağır COVID-19 xəstələrinin 80 faizi artıq çəkidən əziyyət çəkən insanlardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib