Müxtəlif ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
15.11.2020 10:42

Son gündə Pakistanda COVID-19-a 2 min 164 nəfər yoluxub və pandemiya dövründə yoluxmaların sayı 354 min 461-ə çatıb.

 

Aztibb.az xəbər verir ki, son sutkada Pakistanda koronavirus 17 nəfərin ölümünə səbəb olub. Bununla da bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 7 min 109-a çatıb.

 

Xəstəxanalarda 24 min 938 pasiyent var, onların 1316-sının vəziyyəti ağırdır.

 

Meksikada koronavirusa yoluxanların ümumi sayı 1 003 253-ə çatıb.

 

Son bir gündə Meksikada 5860 nəfərin koronavirus testi müsbət nəticə verib. Bu xəstəlikdən ölənlərin sayı 98 259 nəfərdir, son 24 saat ərzində 635 ölüm qeydə alınıb. İndiyə qədər 745 mindən çox insan sağalıb.

 

Bolqarıstanda son sutka ərzində 4212 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

 

Ölkədə koronavirusa yoluxanların sayı 94 min 937-ə çatıb, 2055 nəfər ölüb.

 

Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.

 

Gürcüstanda son sutkada daha 3 020 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 3 387 nəfər sağalaraq evə buraxılıb, 34 pasiyent isə vəfat edib.

 

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 79 678 nəfərə çatıb. Onların 62 061-i sağalıb, 703-ü isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 2 326, stasionar nəzarətdə 5 592 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 280 nəfər isə xüsusi otellərdə müalicə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib