İlon Mask koronavirus testlərinin düzgün nəticə vermədiyini iddia edir
15.11.2020 10:09

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, 49 yaşlı milyarder İlon Mask özünü pis hiss etdiyindən koronavirusun orqanizmində mövcudluğunu yoxlamaq qərarına gəlib. Onun bir gündə eyni laboratoriyada, eyni tibb bacısı tərəfindən yoxlanılan dörd testi bir-birinə əks nəticələr göstərib: iki pozitiv və iki neqativ.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, İ.Mask testin dəqiqliyini yoxlamaq üçün başqa laboratoriyada da analiz verib. Orada onun orqanizmində zərərli infeksiya aşkar edilməyib. O, hazırda özünü yaxşı hiss edir.

 

Bununla əlaqədar İ.Mask "Twitter" hesabında öz abunəçilərindən testlərin yanlış nəticə verib-verməməsi ilə maraqlanıb. Şərhlərdə bildirilib ki, ekspress-testlər həmişə öz qeyri-dəqiqliyi ilə tanınıb və həqiqətən düzgün nəticələr əldə etmək üçün PSR-diaqnostikadan keçmək lazımdır.

 

Qeyd edək ki, daha əvvəl İ. Mask koronavirusa qarşı peyvənd olunmayacağını açıqlamışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib