“Azərbaycan Tibb Universiteti Jurnalı”nın ilk sayı ATU-nun 95 illiyə həsr olunub
15.05.2025 13:40

ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşəbbüsü ilə “Azərbaycan Tibb Universiteti Jurnalı”nın ilk buraxılışı işıq üzü görüb. Jurnalın ilk nömrəsi Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, jurnalın baş redaktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli, baş redaktor müavinləri Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan və I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov, elmi redaktoru professor Eldar Qarayev, məsul katibi dosent Sevinc Pənahovadır.

 

İlk buraxılışda təqdim olunan məqalələr tibb elminin müxtəlif sahələrini əhatə edən aktual mövzulara həsr olunmuş, ATU-nun professor-müəllim heyəti, tədqiqatçıları və gənc alimlərinin apardığı elmi işlərin nəticələrini əks etdirir. Jurnal təkcə Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə də elm və təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyir.

 

Qeyd edək ki, “Azərbaycan Tibb Universiteti Jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.09.2024-cü il tarixli qərarı ilə tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Bütün məqalələrə DOİ (digital object identifier) verilir. Nəşrlərə dair tələblərlə www.atuj.az saytında tanış olmaq olar. 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib