Slovakiya ərazisinə giriş qaydaları sərtləşdirilib
14.11.2020 23:03

Koronavirus pandemiyası ilə əlaqədar Slovakiyaya səfər etmək daha da çətinləşəcək.

 

Aztibb.az xəbər verir ki, ölkənin səhiyyə qurumlarının yaydığı məlumata görə, bütün Avropa İttifaqı ölkələri ilə, o cümlədən qonşu Avstriya, Macarıstan və Polşa vətəndaşlarının da Slovakiyaya girişinə məhdudiyyət tətbiq ediləcək. Slovakiya hökuməti qonşu ölkələrlə sərhədlərin açıq saxlanacağını dəfələrlə bəyan etsə də, artıq mövcud reallıq başqadır və istisnalar yalnız həmsərhəd ərazilərdə yaşayan və peşə fəaliyyəti ilə bağlı gündəlik sərhədi keçməli olan şəxslərə tətbiq ediləcək. Bununla da noyabrın 16-dan etibarən həmin ölkələrdən müddəti 72 saatdan artıq olmayan müvafiq PCR testi təqdim etməyən şəxslərin bu ölkə ərazisinə girişinə icazə verilməyəcək.

 

PCR testi təqdim etmədən Slovakiyaya səfər etməyə yalnız on ölkədən gələn şəxslərə icazə veriləcək, həmin siyahıda Avropadan yalnız Finlandiya və Yunanıstanın adı var.

 

Hökumətin bu qərarı ilə bağlı müəyyən anlaşılmazlıq da etirazlara səbəb olub. Ölkənin səhiyyə naziri Marek Krayçi bir neçə gün öncə özü ilə müvafiq PCR testi gətirməyən şəxslər üçün sərhədlərdə də sürətli antigen testlərinin təşkil olunacağını elan etmişdi. Lakin yeni qərarda bu imkan öz əksini tapmayıb və müddəti 72 saatdan artıq olmayan PCR testlərinin mütləq təqdim olunması qeyd olunub. Populist-mühafizəkar İqor Matoviçin hökuməti verilən qərarları tez-tez dəyişdiyinə görə tənqid olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib