COVID-19 peyvəndinin yüksək effektivliyi və şirkətlərin rəqabəti məsələsi araşdırılıb
14.11.2020 21:50

“COVID-19 virusuna qarşı peyvəndlərin tətbiqində əsas məsələ təkcə elmi kəşflə bağlı deyil. Burada peyvəndi ixrac edən şirkətlərin maddi maraqları ilə yanaşı, ortaya çıxacaq digər peyvəndlərlə müqayisədə, daha effektiv və təhlükəsiz bir peyvəndi yaratma istəyi də rol oynayır. Çünki tətbiq olunacaq peyvəndin ixracı ilə məşğul olan firmalar arasında rəqabət də olacaq. Ona görə də peyvəndin satışı ilə məşğul olacaq həmin firmaların öz bizneslərini qorumaq və inkişaf etdirmək üçün maraqlarının toqquşması gözləniləndir”.


Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, yaradılan peyvəndlər arasında bu gün üçün ən təhlükəsizi müəyyənləşdirilib: “Artıq bu peyvəndin tətbiqi üçün müəyyən qurumlara rəsmi icazə üçün müraciətlər də olunub. Növbəti mərhələdə uğurla başa çatacaq kliniki mərhələdən sonra isə şirkət yüksək gəlir əldə etmək üçün nə qədər peyvəndlə bazara daxil olmağın səmərəliliyini düşünəcək. Əslində, bu strategiya bütün peyvənd ixrac edən şirkətlərə məxsusdur. Əgər eyni zamanda bir neçə peyvəndə icazə verilərsə və bir peyvəndin effektivliyinin digər peyvəndə nisbətən daha üstün olduğu müəyyən olunarsa, bu zaman böyük dövlətlər ilk olaraq daha effektiv peyvəndin alışına başlayacaq. Bu da digər peyvəndin ixracına təsir edəcək. Ona görə də bugünkü mərhələdə şirkətlər eyni zamanda bu rəqabətdə qalib gəlməyin yolları üzərində çalışır”.


Azərbaycanlı alim bildirib ki, hazırda 3-cü  mərhələnin kliniki yoxlama səviyyəsində olan 10 peyvənd mövcuddur: “Bu da peyvəndin tapılması istiqamətində aparılan uğurlu elmi araşdırmalar və kifayət qədər böyük elmi kəşflərdir. İstisna edilmir ki, bu kəşflər hətta Nobel mükafatına namizəd ola bilər. Həmin peyvəndlərin birinin virusa yoluxmanın qarşısının alınması üçün yüksək effektivliyi açıqlanıb. Belə ki, peyvəndin yüksək qoruma effektivliyi müxtəlif ölkələrdən 154 mərkəzin iştirakı ilə 44 min insanın cəlb olunması nəticəsində alınıb. Bununla da həmin insanların müəyyən bir qismi peyvənd alıb və bu, peyvənd almayan digər qism ilə müqayisə olunub. Peyvənd 21 gün fasilə ilə iki dəfə vurulub. Peyvəndin effektivliyi hazırda 90 faizdən yuxarı qiymətləndirilib. Amma hər kəs bilməlidir ki, bu son nəticə deyil və effektivlik, təhlükəsizlik, eləcə də yaş qrupları arasındakı təsiri ilə bağlı tam nəticələri gözləməliyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib