Üztanıma texnologiyası bioloji xərçəngin nəticələrinin proqnozlaşdırılmasında yeni perspektivlər açır
10.05.2025 10:19

 

Bioloji yaşın xəstəlik nəticələrini proqnozlaşdırmaqda obyektiv göstərici ola biləcəyi fikrindən çıxış edən tədqiqatçılar süni intellektin üztanıma imkanlarını istifadə ediblər. ABŞ-dakı “Mass General Brigham” xəstəxanasının professoru Hüqo Erts və həmkarları “FaceAge” adlandırılan alqoritmi sayəsində xərçəng xəstələrinin bioloji yaşını və sağ qalma ehtimallarını adi üz fotosu əsasında proqnozlaşdıra biliblər.

 

Aztibb.az “Science Daily” portalına istinadla xəbər verir ki, araşdırma çərçivəsində ictimai məlumat bazalarından sağlam fərdlərə aid 58 851 üz fotosu istifadə edilərək “FaceAge” alətinə yerləşdirilib. Sonra bu alqoritm radioterapiya müalicəsi qabağı fotoları çəkilmiş 6196 xərçəng xəstəsi üzərində sınaqdan keçirilib. Alqoritm xərçəng xəstələrinin sağlam insanlarla müqayisədə orta hesabla beş yaş daha yaşlı göründüyünü aşkar edib və bu fərq ümumi sağ qalma ehtimalları ilə sıx əlaqəli olub.

 

Xərçəng xəstələri arasında daha yaşlıları cins, xronoloji yaş və xərçəng növü kimi dəyişənlərə düzəliş edildikdən sonra daha pis sağ qalma nəticələri göstəriblər. Ən diqqətçəkən müşahidələrdən biri “FaceAge”in palliativ radioterapiya alan xəstələrin ömür proqnozlarında daha dəqiq nəticələr göstərməsi olub. Klinik kontekstə baxmayaraq, mütəxəssislərin proqnozları yalnız təsadüfi ehtimaldan bir qədər üstün olub. Lakin “FaceAge” məlumatları təqdim edildikdə onların təxminləri əhəmiyyətli şəkildə yaxşılaşıb. “FaceAge” alətinin gələcəkdə müxtəlif xəstəxanalarda, xərçəngin müxtəlif mərhələlərində və plastik cərrahiyyə və makiyaj kimi təsirlər mövcud olduğu hallarda da etibarlılığının sınaqdan keçirilməsi planlaşdırılır.

 

Aparıcı müəlliflərdən Rey Mak qeyd edir ki, bu texnologiya yalnız xərçəngin nəticələrinin proqnozlaşdırılması ilə məhdudlaşmır: “Bu yanaşma yeni imkanlar açır. İnsanların qocalma trayektoriyasını daha dəqiq izləmək və müxtəlif xroniki xəstəliklərin erkən aşkarlanması üçün bu texnologiyanın etik və tənzimlənən çərçivədə tətbiqi həyat qurtaran rol oynaya bilər”.

 

Tədqiqat süni intellektin tibb sahəsində innovativ və potensial olaraq həyat dəyişdirən tətbiqlərinin nümunəsi kimi çıxış edir. Bu araşdırma gələcəkdə daha fərdi və dəqiq tibbi yanaşmalara yol aça bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır