İnqilabi müalicə - Dişdən alınan hissə gözə nəql edildi
04.03.2025 14:30

Görmə qabiliyyətini itirmiş xəstələr üçün inqilabi müalicə üsulu olan diş göz əməliyyatı Kanadada ilk dəfə uğurla həyata keçirilib.

 

Aztibb.az istinadən xəbər verir ki, Kanadada görmə itkisindən əziyyət çəkən xəstələr üçün inqilabi addım atılıb. Brent Çapman görmə qabiliyyətini bərpa etmək üçün gözünə öz dişinin implantasiya edildiyi osteo-odontokeratoprotezə (OOKP) məruz qalan ilk xəstələrdən biri oldu. OOKP dişə teleskopik lens yerləşdirərək görmə təmin etmək məqsədi daşıyan cərrahi əməliyyatdır.

 

Gözlər üçün mükəmməl dəstək


Vankuverdəki Mount Saint Joseph Xəstəxanasında həyata keçirilən osteo-odonto keratoprotez (OOKP) əməliyyatı xəstənin dişinin bir hissəsinin çıxarılması, plastik lens taxılması və daha sonra bu dişin gözə yerləşdirilməsindən ibarətdir. Dr. Greg Moloney dişlərin bədəndə əmələ gələn ən sərt maddə olan dentini ehtiva etdiyi üçün göz üçün əla dəstək olduğunu bildirib. Bundan əlavə, xəstələrin öz toxumalarından istifadə edildiyi üçün rədd edilmə riski yoxdur. Digər müalicə üsulları uğursuz olduqda bu əməliyyat son çarə hesab olunur.

 

İki addımlı proses


Əməliyyat iki mərhələdən ibarətdir. Birinci mərhələdə xəstənin dişi çıxarılıb kəsildikdən sonra onun içərisinə optik linza qoyulur və diş müvəqqəti olaraq yanağa yerləşdirilir. Yanağa yerləşdirilən dişin ətrafında yeni toxumaların əmələ gəlməsi gözlənilir. Bir neçə aydan sonra diş yanaqdan çıxarılır və gözün önünə qoyulur. Bu proses görməyə başlamaq üçün bir neçə ay gözləməyi tələb edir. Ancaq əməliyyat yalnız bir göz üçün edilə bilər.

 

Risklər və müvəffəqiyyət dərəcəsi


Əməliyyat yüksək risklər daşıyır. Hər hansı bir göz əməliyyatında olduğu kimi, infeksiya riski var. Bununla belə, OOKP proseduru uzun illərdir ki, dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. 2022-ci ildə aparılan bir araşdırma, xəstələrin 94%-nin əməliyyatdan sonra görmə qabiliyyətini qoruduğunu aşkar etdi. Bu müalicə görmə itkisindən əziyyət çəkən xəstələr üçün bir ümid işığı yaradır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib