Xəstəliklərə erkən diaqnoz qoymağa imkan verən geyilə bilən texnologiya hazırlanıb
09.02.2024 10:41

Türkiyənin Bilkent Universiteti Milli Nanotexnologiya Araşdırma Mərkəzində (UNAM) lif sensor texnologiyasından istifadə edərək ürək dərəcəsi, ürək-damar yaşlanması və damar elastikliyi kimi sağlamlıq dəyərlərini eyni vaxtda ölçərək erkən diaqnoz qoymağa imkan verən geyilə bilən texnologiya hazırlanıb.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, UNAM-ın əsas tədqiqatçılarından biri dr. Mustafa Ordu daşınan sağlamlıq texnologiyaları üzərində həyata keçirdikləri layihə ilə bağlı açıqlama verib.

Laboratoriyalarında inkişaf etdirdiyi "elektrik istehsal edə bilən elastik liflər" layihəsi ilə geyilə bilən texnologiyalar üzərində araşdırma apardıqlarını bildirən M.Ordu, liflərdən və iki ölçülü materiallardan ağıllı sensorlar hazırladıqlarını söyləyib:

"Bu texnologiya digərinə nisbətən bir az daha təkmildir. Əvvəlki texnologiyamızda trikotaj lifdən istifadə edən bir sistem yaradırdıq, lakin yeni texnologiyamızla tək bir lif vasitəsilə ölçmə apara bilirik. Tək liflə ürək döyüntüsü, qandakı sistolik-diastolik dəyərlər, ürək-damar yaşlanması, damar elastikliyi və tənəffüs ölçülə bilir. Yəni sağlamlıq dəyərlərini eyni vaxtda ölçə bilən bir texnologiya inkişaf etdirdik."

Elektrik enerjisini özü istehsal edir

Tək lifdən ibarət olduğu üçün taxıla bilən texnologiyanın çəkisinin bir qramdan az olduğunu ifadə edən tədqiqatçı qeyd edib ki, texnologiyanın əhəmiyyətli bir xüsusiyyəti əlavə güc tələb etməməsidir: “Nəbz üzərində yerləşdirilən tək lif sayəsində sistem bilək və ya təzyiq hərəkətləri ilə öz elektrik enerjisini istehsal edə bilir. Bu siqnal simli və ya simsiz olaraq ötürülə bilər. Sağlamlıq məlumatları sistemlər vasitəsilə kompüterə və ya telefona ötürülərək müntəzəm olaraq izlənilə bilər”.

Sistemin damara girmədən xaricdən ölçə bildiyi də qeyd edilib. Məsələn, qolbaq kimi istifadə edildikdə dəri ilə birbaşa təmasda olmasına ehtiyac yoxdur.

Texnologiyanın xəstəxanalarda istifadə edilməsinin hədəfləndiyini vurğulayan M.Ordu bildirib ki, bu texnologiya, xüsusilə reanimasiya şöbələri və qabaqcıl cərrahi əməliyyatlar zamanı damara girmədən fasiləsiz ölçmə üstünlüyü təqdim edərək səhiyyə sektoruna əhəmiyyətli qatqı təmin etmək potensialına malikdir.

Hacettepe Universitetində sınaq keçiriləcək

"Texnologiyamızın əlavə güc tələb etməməsi bir yenilikdir. Bu, bizə böyük qənaət təmin edir. Gələcəkdə burada istifadə etdiyimiz liflər bilək hərəkətlərinin verdiyi enerji ilə özlərini şarj edə biləcəklər. Dünyada bu sahədə aparılan işlərlə eyni nöqtədəyik, gecikməmişik", – M.Ordu vurğulayıb.

Dr. M.Ordu bu sahədə Hacettepe Universiteti ilə birgə araşdırmalar aparmağa hazırlaşdıqlarını və sistemi sınaqdan keçirəcəklərini də deyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub