Süni intellekt 10 saniyə ərzində diabet diaqnozu qoydu
19.10.2023 16:44

Araşdırma zamanı məlum olub ki, smartfonlarda səs texnologiyasını süni intellektlə birləşdirən yeni üsulla "diabet"i 10 saniyəyə müəyyən etmək olar.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Proqram həlləri üzərində işləyən Klick Labs tədqiqatçılarının inkişaf etdirdiyi yeni üsulla smartfonda çəkilmiş 6-10 saniyəlik səs yazısı ilə "diabet" diaqnozunun qoyula biləcəyi müəyyən edilib.

 

Buna uyğun olaraq, 267 nəfərdən 2 həftə ərzində gündə 6 dəfə 6-10 saniyəlik səsli mesaj yazmaq istənilərkən, iştirakçıların boy, çəki, yaş, cinsiyyət, 2-ci tip şəkər xəstəliyinin olub-olmadığını müəyyən edə bilən süni intellekt modeli hazırlanıb.

 

Tədqiqatçılar tip 2 diabet xəstələrini digərlərindən fərqləndirmək üçün 18 mindən çox səs yazısının 14 səs xüsusiyyətlərini təhlil ediblər. Mütəxəssislər insan qulağının qəbul edə bilməyəcəyi bir sıra səs xüsusiyyətlərini araşdırıb və bu səslərdəki siqnalları işləyərək səsdə 2-ci tip xəstəliyin yaratdığı dəyişiklikləri aşkar ediblər.

 

Sözügedən süni intellekt modelinin doğru diaqnoz nisbəti qadınlarda yüzdə 89, kişilərdə isə yüzdə 86 olaraq ölçülüb.

 

Tədqiqatın aparıcı müəllifi Jaycee Kaufman, araşdırmanın 2-ci tip xəstəliyi olan və olmayan fərdlər arasında əhəmiyyətli səs fərqlərinə diqqət çəkdiyini və diabet müayinəsi metodunu təkmilləşdirə biləcəyini vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır