Bədən istiliyini ölçən yeni proqram hazırlanıb
25.06.2023 12:14

Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imkan verən “Fever Phone” adlı unikal proqram hazırlayıb.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, proqramda əksər smartfonlarda olub, cihazın daxili temperaturunu izləmək üçün nəzərdə tutulmuş daxili temperatur sensorlarından istifadə edilib.

Onun iş prinsipi bundan ibarətdir ki, sensorlar dərinin ekranla təması zamanı istilik ötürülməsini qeydə alır. Ölçmə proseduru üçün istifadəçi proqramı işə salmalı və cihazı kənarlarından tutaraq 90 saniyə ərzində smartfonun ekranını alnına bərkitməlidir. Tətbiq avtomatik olaraq ölçmənin başlanğıcını və sonunu təyin edəcək və nəticəni ekranda göstərəcək.

“Fever Phone” məlumatları emal etmək və smartfonun daxili və xarici temperaturunu ayırd etmək üçün neyron şəbəkəsindən istifadə edir. Alimlər təcili yardım otağında qızdırması olan 37 xəstə üzərində təcrübə aparıblar.

Proqramın ölçmələri adi bir termometr ilə müqayisə edilib və tədqiqat göstərib ki, tətbiq klinik cəhətdən məqbul səviyyədə olan cəmi 0,23 dərəcə Selsi orta xəta ilə yüksək dəqiqlikdədir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə