Koronavirusa yoluxan pasiyent xəstəlik üzündən səkkiz barmağını itirdi
14.11.2020 21:12

COVID-19-a yoluxan pasiyent xəstəlik üzündən səkkiz barmağının falanqalarını itirib.

 

Bu barədə “People” xəbər yayıb.

 

Bildirilir ki, 53 yaşlı Qreq Qarfild 2020-ci ilin fevralında dostları ilə İtaliyada xizək gəzintisində olarkən COVID-19-a tutulub. O, elə səyahət əsnasında özünü pis hiss edib. Los-Ancelesə - evinə qayıtdıqda isə simptomlardan ailə həkiminə şikayət edib. Həkim onu koronavirus testindən keçirib, cavablar müsbət çıxıb. Amerikalı kişi ağır nəfəs alması və ağciyərlərində ağrı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

 

İki gün sonra Qarfild ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Xəstədə ağırlaşmalar baş verib: qan təzyiqi kəskin şəkildə düşüb, sepsis, poliorqan çatışmazlığı və stafilokok infeksiyası yaranıb.

 

Həkimlər onun cəmi bir faiz yaşama şansı olduğunu bildirsələr də, bunun üçün əllərindən gələni ediblər. Nəhayət, aprel ayında o, adi palataya köçürülür. Ancaq 22 kq arıqlayan kişinin ayağında üç barmağı qaralmağa başlayır, əlində isə səkkiz barmağının yuxarı falanqları amputasiya olunur.

 

Qarfild xəstəxanaya yerləşdirilməsindən 64 gün sonra evə buraxılıb. Bundan sonra əl və ayaq barmaqlarının bərpası üçün yeddi əməliyyat keçirib. Buna baxmayaraq, Qarfild özünü dünyanın ən şanslı adamı hesab edir və dekabr ayında yenə xizək sürməyə hazırlaşır.

 

O, həmçinin həmvətənlərini COVID-19-la bağlı bütün tələblərə riayət etməyə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib