Bir sıra ölkələrdə pandemiya ilə bağlı son statistika
14.11.2020 11:01

ABŞ-da son sutka ərzində 154 576 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord günlük göstəricidir.

 

Ümumilikdə ABŞ-da təxminən 10,7 milyon nəfər virusa yoluxub, 6,3 milyon nəfər sağalıb, 244 169 min insan ölüb.

 

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riski artmaqdadır.

 

Noyabrın 13-də ölkə üzrə 149 min 942 nəfər koronavirus testindən keçirilib. Onlardan 3 min 45 nəfərdə virus aşkarlanıb. Sutka ərzində bu xəstəlikdən 93 nəfər ölüb, 2 min 10 nəfər sağalıb.

 

Böyük Britaniyada daha 33 min 470 nəfər koronavirusa yoluxub.

 

Krallıqda koronavirus səbəbindən 50 mindən çox insan həyatını itirib və bu, Avropada ən yüksək göstəricidir. Ölkədəki ümumi xəstəlik sayı 1,29 milyonu ötüb.

 

Baş nazir Boris Conson ölkəsinin koronavirus epidemiyasında kritik həddə olduğunu bildirib.

 

Nepalda ötən sutka ərzində COVID-19 virusuna 2111 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 206 mini ötüb.

 

Ötən sutka ərzində Nepalda koronavirus səbəbindən 13 nəfər həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 1202-yə çatıb. Hazırda Nepalda 37 mindən çox aktiv xəstə var.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 343 min 725 nəfərə çatıb.

 

Son 24 saatda 9 min 489 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 8 min 684 nəfərdir. 231 min 808 nəfər sağalıb.

 

İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

 

Pandemiya başlayandan ilk dəfə olaraq bir gündə yeni növ virusa yoluxanların sayı 40 mini keçib. Son sutkada 40 902 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Son 24 saat ərzində müalicə alan 550 nəfər vəfat edib. Nəticədə virusun yaratdığı xəstəlikdən 44 139 pasiyent vəfat edib.

 

Ermənistanda son sutka ərzində COVID-19 infeksiyasına 1 472 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

 

Ölkədə koronavirusa yoluxanların sayı 115 855 nəfərə, ölənlərin sayı isə 1 738 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 74 105 nəfərin sağaldığı bildirilir.

 

Gürcüstanda isə daha 3 504 nəfər koronavirusa yoluxub, 33 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  76 658 nəfərə, ölənlərin sayı isə 669 nəfərə çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib