Ötən sutka ərzində dünyada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb
13.11.2020 22:21

Noyabrın 12-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 643 min 42 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 621 min 393 nəfərin yoluxduğu noyabrın 6-da müşahidə edilmişdi.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 9 min 669 nəfər həyatını itirib.

 

Koronavirusa yoluxma hallarının ən çox müşahidə olunduğu ABŞ-da ötən gün 161 min 541 nəfərdə koronavirus infeksiyası aşkarlanıb ki, bu da ölkə ərazisində qeydə alınan ən yüksək göstəricidir. Birləşmiş Ştatlarda indiyədək 10 milyon 873 min 936 nəfər yeni koronavirusa yoluxub. Texas ştatında COVID-19 infeksiyasına yoluxanların sayı 1 milyon 65 min nəfəri ötüb. Kaliforniyada 1 milyon 7 min, Floridada 863 min, Nyu-Yorkda isə 582 min yoluxma faktı təsdiqlənib.

 

Bu göstəriciyə görə, ABŞ-dan sonra növbəti yeri Hindistan tutur - 8 milyon 729 min 190 nəfər. Braziliyada 5 milyon 783 min, Fransada 1 milyon 898 min, Rusiyada 1 milyon 880 min yoluxma halı qeydə alınıb.

 

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir (248 min 585 nəfər). İlk beşliyə daxil olan Braziliyada 164 min 332, Hindistanda 128 min 722, Meksikada 97 min 56, Böyük Britaniyada isə 50 min 928 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

 

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir