Mikrobiologiya və immunologiyaya dair universal dərslik işıq üzü görüb  
03.05.2025 13:26

Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Fəxrəddin Şıxəliyevin “Xüsusi mikrobiologiya” dərsliyi işıq üzü görüb.

 

Aztibb.az-ın məlumatına görə, AMEA-nın Mikrobiologiya institutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və ATU-nun Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent C.İsayevin rəyçiliyi ilə ərsəyə gələn, Ön söz və 17 fəsildən ibarət olan 668 səhifəlik dərslik ATU-nun “Təbib” nəşriyyatında çap edilib. 

 

Kitabda insan orqanizmində müxtəlif xəstəliklər törədən patogen və şərti-patogen mikroorqanizmlərin (bakteriyalar, göbələklər, ibtidailər, viruslar) morfologiyası, antigen quruluşlu, patogenetik amilləri, xarici mühitdə yayılması və davamlılığı, heyvanlar üçün patogenliyi, infeksiya mənbəyi və yoluxma yolları, patogenez və klinikası, immuniteti, mikrobioloji diaqnostikası, müalicəsi və profilaktikası haqda geniş şərh verilib.  

 

Dərsliyin hazırlanmasına ciddi əmək sərf olunub. Belə ki, müasir tələblər əsas götürülərək, diaqnostika üsulları, laborator aparatlar, ləvazimatlar və s. göstərilməklə, yüzlərlə şəkil, sxem və cədvəllərə yer verilib.

 

Qeyd edək ki, bu universal dərslik Azərbaycan Tibb Universitetinin bütün fakültələrinin tələbələrinə tədris edilən fənnin proqramına uyğun olaraq yazılıb. Kitab ATU-nun Böyük Elmi Şurasının qərarı əsasında çap edilib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib