“COVID-19: infeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim
13.11.2020 17:06

USAID və UNICEF-in dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə “COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

 

Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərin təşkilində məqsəd – iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş pasiyentlərin müalicəsinin idarəedilməsi üzrə bilik və bacarıqlarının artırılmasıdır.

 

Qeyd edək ki, ilkin təlimlər 550 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Növbəti mərhələdə təlimlər daha geniş auditoriyanı əhatə etmək məqsədilə www.ecourses.az onlayn təhsil platformasında davam edib və artıq 4 təlim təşkil olunub. Bu təlimlərdə 400-dən çox tibb işçisi iştirak edib.

 

Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 DTT kredit balı ilə qiymətləndirilib.

 

Son təlimin keçirilməsi noyabrın 30-da nəzərdə tutulur. Təlim kursları UNICEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib