Koronavirusu asimptomatik keçirmək risklidirmi?
13.11.2020 10:59

Rusiyanın tanınmış allerqoloq-immunoloqu Vladimir Bolibok asimptomatik koronavirus infeksiyasına yoluxmağın insan üçün ən yaxşı seçim olduğuna inandığını bildirib.

 

Aztibb.az xəbər verir ki, həkim bu barədə Rusiyanın Milli Xəbərlər Xidmətinin efirində danışıb.

 

"İnfeksiyanın asimptomatik gedişi insan üçün təhlükəli deyil, bu zaman heç bir ağrı hiss edilir, sağlamlıq vəziyyətində iltihab və anormallıq müşahidə olunmur", - həkim bildirib.

 

Bundan əlavə, həkim vurğulayıb ki, hər şey yalnız infeksiya ilə məhdudlaşdığından asimptomatik gedişə xəstəlik deyilə bilməz.

 
"Asimptomatik yoluxma yolu xəstəlik deyil, insan infeksiyaya yoluxur, o, bir müddət selikli qişada yaşayır, sonra immun sistemi reaksiya verir, bu virusa qarşı anticisimlər inkişaf etdirir və burada yoluxucu proses başa çatır. Odur ki, xəstəliyi asimptomatik keçirmək ən yaxşısıdır", - deyə V. Bolibok qeyd edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib