İsveçrənin əczaçılıq konserni koronavirusa qarşı peyvəndin icbari qaydada tətbiqinə tərəfdardır
13.11.2020 09:08

İsveçrənin “Roche“ əczaçılıq konserni koronavirusa qarşı hazırlanacaq peyvəndlərin icbari qaydada tətbiqinə tərəfdardır.

 

Aztibb.az xəbər verir ki, dünyanın aparıcı əczaçılıq şirkətlərindən olan “Roche“nin özü peyvənd tədqiqatlarında iştirak etməsə də, konsernin rəhbəri Kristof Frants pandemiyaya qarşı mübarizənin yalnız icbari vaksinasiya əsasında mümkün olacağını ifadə edib. O, bildirib ki, yalnız müvafiq peyvənd maddəsini bədənində daşıyaraq virusa qarşı immunitetə malik insanlar əhalinin bu bəladan qoruna bilməsinə töhfə verə bilərlər. Ona görə də, bu cür həyati və vacib məsələdə hansısa məhdudiyyət və istisnalara yol vermək olmaz. Hamının peyvəndləmədə iştirakı insanların azadlıqlarını məhdudlaşdırmır, əksinə, bu, həyatın digər sahələrində geniş azadlıqlar yaradır.

 

Nüfuzlu əczaçılıq konserninin rəhbəri icbari peyvəndləməyə tərəfdar olsa da, İsveçrənin səhiyyə naziri Alen Berset hökumət tərəfindən peyvənd məcburiyyətinin nəzərdə tutulmadığını söyləyib. Onun sözlərinə görə, hər bir şəxs digər peyvəndlərdə olduğu kimi, koronavirus əleyhinə peyvənd barədə də müstəqil şəkildə özü qərar verməlidir. Bununla belə nazir bildirib ki, təkcə İsveçrədə koronavirusla bağlı vəziyyəti uzun müddət nəzarət altına ala bilmək üçün ölkə əhalisinin təxminən 60 faizi peyvənd edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib