Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
13.11.2020 08:47

Böyük Britaniyada sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 33,4 min nəfərə çatıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

 

Ümumilikdə Birləşmiş Krallıqda yoluxan insanların sayı 1,29 milyona çatıb.

 

Böyük Britaniya ABŞ, Braziliya, Hindistan və Meksikadan sonra dünyada 50 000-dən çox koronavirusdan ölüm halları qeydə alınan beşinci ölkə oldu.

 

Belarusda son sutkada koronavirusa yoluxma hallarında antirekord qeydə alınıb.

 

Ötən gün ölkədə 1098 nəfər koronavirusa yoluxub. Bununla da Belarusda koronavirusa yoluxanların sayı 110 min 455 nəfərə çatıb, onlardan 92 min 843-ü sağalaraq evə buraxılıb, 1027 nəfəri həyatını itirib.

 

Ölkədə pandemiya dövründə 2 milyon 7808 min 552 test aparılıb.

 

Braziliyada son sutka ərzində daha 191 557 nəfərin koronavirus infeksiyasına yoluxması, 3175 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 5 781 582 nəfər yoluxub. Bu müddət ərzində 164 281 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Lüksemburqda COVID-19 epidemiyası qurbanlarının sayı 211-ə çatıb.

 

Ölkədə son sutkada koronavirusa 700 yeni yoluxma qeydə alınıb. Lüksemburqda 11 432 test aparılıb. Xəstəxanalarda 193, reanimasiya şöbəsində isə 39 ağır vəziyyətdə koronavirus xəstəsi var.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib