Mikroqravitasiya ürək xəstəliklərinin müalicəsinə yardımçı olur - Yeni tədqiqat
31.03.2025 07:57

Emori Universitetinin alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) şəraitdən istifadə edərək mikroqravitasiyanın ürək hüceyrələrinə təsirini tədqiq ediblər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Biomaterials" jurnalında dərc olunub.

 

Mütəxəssislər çəkisizlik şəraitində hüceyrələrdə baş verən dəyişikliklərə diqqət çəkiblər. Əvvəllər kosmosda xərçəng hüceyrələrinin yaşamaq və çoxalma qabiliyyətini artırdığı müşahidə edilmişdi. Bu, alimləri mikroqravitasiyanın ürək əzələ hüceyrələrinə eyni şəkildə təsir edib-etmədiyini yoxlamağa sövq edib.

 

BKS-nin göyərtəsində aparılan təcrübələr çərçivəsində tədqiqatçılar kök hüceyrələrin kardiomiositlərə diferensiallaşma prosesini müşahidə ediblər. Onlar həmçinin bu hüceyrələrin ürək toxumasına bənzəyən strukturları necə əmələ gətirdiyini öyrəniblər. Əldə edilən məlumatlar regenerativ tibb üçün yeni perspektivlər açır.

 

Kök hüceyrələrdən funksional ürək toxumasının yaradılması ürəyin zədələnmiş sahələrini bərpa edə biləcək hüceyrə terapiyası üçün əsas ola bilər. Bu xüsusilə ürək çatışmazlığının ağır formaları olan və orqan transplantasiyası tələb edən xəstələr üçün vacibdir. Belə texnologiyalardan istifadə donor orqanlardan asılılığı azalda və müalicəni sürətləndirə bilər.

 

Alimlərin işi göstərir ki, kosmik tədqiqatlar mürəkkəb xəstəliklərin müalicəsi üçün yeni imkanlar açaraq Yer kürəsində tibbin inkişafına mühüm töhfə verə bilər.

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib