NYP: Alim qurbağa embrionlarını idxal etdiyinə görə deportasiya edilib
30.03.2025 14:38

Harvard Tibb Məktəbində çalışan rusiyalı alim Kseniya Petrova qurbağa embrionlarını qanunsuz idxal etdiyi üçün ABŞ-dan deportasiya edilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

 

Qeyd olunur ki, rusiyalı qadın fevralın 16-da Boston hava limanında saxlanılıb.Nəşrin məlumatına görə, Petrova Fransaya səfəri zamanı aldığı qurbağa embrionlarını bəyan etməyib. Alimin vəkili Qriqori Romanovskinin sözlərinə görə, yükün düzgün qeydiyyata alınmaması qəsdən olub.

 

Petrova hazırda Luizianadakı immiqrasiya təcridxanasındadır, onun araşdırma vizası ləğv edilib. Amerika hakimiyyəti rusiyalı qadını Fransaya deportasiya etmək qərarına gəlib və orada viza üçün yenidən müraciət edə biləcək.

 

Qeyd edək ki, Qurbağa embrionları bioloji və tibbi tədqiqatlarda geniş istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub