ABŞ həm virusa yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir
12.11.2020 14:43

Noyabrın 11-də ABŞ-da koronavirusa rekord sayda – 142 min 906 yoluxma faktı qeydə alınıb, 1479 nəfər isə COVID-19 infeksiyası səbəbindən vəfat edib.

 

Pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, noyabrın 10-da ölkədə koronavirusa yoluxanların sayı 142 min 212 nəfər, ölənlərin sayı isə 1465 nəfər təşkil edib.

 

İndiyədək Birləşmiş Ştatlarda 10 milyon 708 min 728 nəfər koronavirusa yoluxub, 247 min 398 nəfər həyatını itirib, 6 milyon 648 min 705 nəfər isə sağalıb. Müalicəsi davam edən 3 milyon 812 min 625 xəstədən 18 min 683-nün vəziyyəti ağır qiymətləndirilir.

 

Texas ştatında COVID-19 infeksiyasına yoluxanların sayı 1 milyon 55 mini ötüb. Kaliforniyada 996 min, Floridada 858 min, Nyu-Yorkda isə 577 min yoluxma halı təsdiqlənib.

 

ABŞ həm virusa yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib