Bədənin viruslara qarşı müdafiəsini gücləndirmək üçün yeni üsul
26.03.2025 11:17

İsveçrə alimləri qrip və COVID-19 daxil olmaqla təhlükəli viruslara qarşı həssas olan insanların immun müdafiəsini bərpa etmək üçün yeni üsul təklif ediblər.

 

Aztibb.az "Journal of Experimental Medicine" (JEM) nəşrinə istinadən yazır ki, Sürix Universitetindən bir qrup tərəfindən edilən həyata keçirilən araşdırma bədənin infeksiya ilə mübarizəsinə mane olan otoantikorların necə zərərsizləşdirilə biləcəyini nümayiş etdirib.

 

Yaşlı insanların təxminən 2-4 faizinin qanında öz interferonlarını və bəzi zülalları bloklayan otoantikorlar var. Bu səbəbdən, hətta yüngül viral infeksiyalar da onlar üçün son dərəcə ağır ola bilər. Sürix Universitetindən olan bir qrup, bu təhlükəli anticisimləri “diqqətini yayındıran” və onların real interferonlara müdaxilə etməsinə mane olan aldadıcı molekullar yaradıb.

 

Tədqiqat Sürix Universitet Xəstəxanasında ağır COVID-19 xəstələrinin biomaterialı üzərində aparılıb. Əvvəlcə elm adamları interferonların hansı hissələrinin otoantikorlar tərəfindən "tanındığını" öyrənib və sonra bu "barmaq izləri" əsasında patoloji reaksiyanı təhlükəsiz şəkildə maneə törətməyə qadir olan sintetik molekullar yaradıblar.

 

Alimlərin kəşfi milyonlarla insanı viral infeksiyaların ağır fəsadlarından qoruyacaq fərdi terapiyanın inkişafı yolunda ilk addım adlandırırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub