Davamlı öskürəyə diqqət yetirin - Dünya əhalisinin üçdə biri vərəmə yoluxur
26.03.2025 17:37

Türkiyəli alimlər dünya əhalisinin üçdə birinin vərəm bakteriyasına yoluxduğunu bildirib.

 

Aztibb.az "CNN Türk"ə istinadfən yazır ki, bəşər tarixi qədər qədim olan vərəm keçmişdə çoxlu epidemiyalara və milyonlarla insanın ölümünə səbəb olub. XIX əsrdə sənayeləşmiş ölkələrdə epidemiyalar baş verərkən vərəm mikrobunun (M.Tuberculosis) kəşfi ilə xəstəliyin diaqnostika və müalicəsində yeni üsullar işlənib hazırlanmışdır.

 

1882-ci ildə bakteriyaları kəşf edən Dr. Robert Koxun xatirəsinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəlik haqqında məlumatlılığın artırılması məqsədi ilə 24 mart tarixini Ümumdünya Vərəmlə Mübarizə Günü elan edib. 

 

Alimlər vərəmin əlamətlərini və yoluxma yollarını açıqlayıb. Vərəm ən çox ağciyərlərə təsir etsə də, bədənin digər orqanlarına da təsir edə bilər. Semptomlar arasında uzun sürən öskürək, xüsusilə 2-3 həftədən uzun sürən öskürək, bəlğəm, qızdırma, gecə tərləmələri, kilo itkisi və halsızlıq var. Xəstəlik, danışıq zamanı və ya infeksiya zamanı havaya buraxılan damcılar və tənəffüs yolu ilə ötürülür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub