Bir saatlıq ürək masajı ilə həyata qayıtdı
25.03.2025 12:32

Antalyada infarkt səbəbiylə ürəyi dayanan 51 yaşlı çilingər xəstəxananın təcili xidmətində təxminən bir saatlıq ürək masajı və elektrik şoku tətbiqindən sonra həyata qaytarılıb.


Aztibb.az  "Anadolu Ajans"a istinadən yazır ki, Antalyada yaşayan 3 uşaq atası Oğuz Kağan Çil oğlunun futbol məşqinə baxarkən qəfildən huşunu itirib. 


Təcili tibbi yardım mütəxəssisi Dr. Bilal Can təcili müdaxilə ilə xəstəyə ürək masajı tətbiq edib. Təxminən 60 dəqiqə fasiləsiz ürək masajı edən Çilə 20 dəfə elektrik şoku verilib. Uzun səylərdən sonra həyat əlamətləri görünməyə başlayıb.


Daha sonra xəstəxananın kardiologiya şöbəsində əməliyyat olunan Çilə 5,5 santimetrlik stent taxılıb. Tıxanmış damarı açılan Çil 4 günlük müalicədən sonra sağlamlığına qovuşub. Çilin ürəyi bir saat dayansa da, heç bir nevroloji problem olmadan xəstəxanadan evə buraxılıb.


Dos. Dr. İbrahim Ersoy bildirib ki, 60 dəqiqə ərzində ürək masajı və elektrik şoku keçirən xəstədən əvvəlcə cavab almadıqları üçün ümidləri azalıb. Xəstəyə 20-dən çox şok vurulduqdan sonra zəif də olsa nəbzinin vurduğunu bildirən həkim, "Koronar angioqrafiya zamanı ürəyin ön üz venasında ağızdan orta hissəyə qədər tıxanma və ciddi darlıq aşkarladıq və 5,5 santimetrlik stent yerləşdirdik" deyib.


"Tibbi ədəbiyyata görə, yarım saatdan çox davam edən ürək masajından sonra həyata qayıdanların yüzdə 98-də nevroloji zədə yaranır. Ancaq xəstəmizdə heç bir fəsad (toxuma zədələnməsi) yox idi. Bu vəziyyət peşəkar baxımdan bizi qürurlandırdı", - deyə həkim vurğulayıb. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub