Bel ağrısından şikayət edən şəxsdə başqa xəstəlik çıxdı  
26.03.2025 08:19

Bel ağrısı şikayətləri və yüksək xolesterin səbəbiylə xəstəxanaya müraciət edən 64 yaşlı Ramazan Elaslanın 4 damarının tıxandığı müəyyənləşdirilib.


Aztibb.az T24-ə istiandən yazır ki, Ankarada yaşayan Elaslan bel ağrısı şikayətləri ilə Ailə Sağlamlığı Mərkəzinə müraciət edib. Analizlərində xolesterinin yüksək olduğu ortaya çıxan Elaslan hərtərəfli müayinə üçün Sincan Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.


Elaslanın damarında tıxanma diaqnozu qoyulub, xəstəxananın ürək mərkəzində aparılan bypass əməliyyatı ilə onun tıxanmış 4 damarı açılıb.


"Əvvəlcə bel ağrıları şikayəti ilə Ailə Sağlamlıq Mərkəzinə getdim. Oradakı həkimim qan analizi istədi. Analizlərin nəticələrindən sonra xəstəxanadan təyinat aldım. Əməliyyata girdim, əməliyyatdan sonra bu gün səhər yeməyi yedim. Müəllimlərimiz, işçilərimiz, tibb bacılarımız  gülərüzdür. Allah onları nəzərində saxlasın".



Qidalanma vərdişləri böyük rol oynayır


Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bir ildə təxminən 18 milyon xəstənin ürək-damar xəstəlikləri səbəbiylə həyatını itirir. Prof. Dr. Sarıtaş, qidalanma vərdişlərinin ürək xəstəliklərinin qarşısının alınmasında böyük rol oynadığına diqqət çəkib:

 

"Görürük ki, qeyri-sağlam qidalanma vərdişlərinin, xüsusilə fast foodların nisbəti artmaqdadır. Güclü stress, hipertoniya, şəkərli diabet kimi səbəblərə görə bu gün ürək-damar xəstəliklərinin nisbətində böyük artım aşkarlanıb. Sağlam qidalanma, nizamlı idman, təzyiq və şəkərin nəzarətdə saxlanılması çox vacibdir". 

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub