"Maska insanı o zaman qoruyacaq ki, ondan düzgün istifadə edilsin"
12.11.2020 14:06

Maskalardan düzgün istifadə edilməli və o, ağız-burun boşluğunu tam olaraq, örtməlidir. Maskanın məhz düzgün istifadə edilməsi bizi COVID-19 virusundan qoruya bilər.

 

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

 

Onun sözlərinə görə, maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər.

 

A.Qurbanov qeyd edib ki, virusa yoluxan bəzi insanlar “bütün gün maska taxırdım, amma virusa yoluxdum” deyirsə, demək maskanı düzgün istifadə etməyiblər:

 

“Bəzən maska taxdığı üçün rahatlaşan insan sıx təmaslara girir, ictimai nəqliyyatdan istifadə edir. Amma məlum olur ki, o, maskadan düzgün istifadə etməyib. Maska insanı o zaman qoruyacaq ki, ondan düzgün istifadə edilsin. Bəzən insanlar “Maskanın hazırlandığı parçanın məsamələri virusun ölçülərindən böyükdür. Onsuz da virus o məsamələrdən keçir” deyə fikirləşirlər. Hamı bilməlidir ki, əslində, maska virusu saxlamaq üçün yox, biz danışdıqda, öskürdükdə bizim tənəffüs orqanlarımızdan ətrafa çıxan aerozolları saxlamaqdan ötəridir. Virus həmin aerozolların içində yayılır. Biz maskanı yalnız həmin aerozolların yayılmaması üçün taxırıq. Danışanda o aerozllar 1 metr, asqırıb, öskürəndə 2-3 metr məsafəyə qədər yol qət edir. Əgər qarşıdakı şəxs maska istifadə etməyibsə, o aerozollar onun tənəffüs yollarına daxil olacaq və bir müddət sonra xəstəlik onda da özünü göstərəcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib