Dünya tarixində ilk dəfə olaraq 65 yaşdan yuxarı insanların sayı artıb
19.03.2025 15:03

TÜSAD "Yaşlılara Hörmət Həftəsi" ilə bağlı açıqlamasında dünyada və Türkiyədə yaşlı əhalinin sayının artdığını bildirib. 

 

Aztibb.az "Haber Türkə"ə istinadən xəbər verir ki, Türkiyədə 8 milyon 722 min 806 yaşlı insanın olduğunu və yaşlı əhali artımının Avropaya çatdığını bildirib. 

 

Hər il 18-24 Mart tarixləri arasında qeyd olunan “Ahıllara Hörmət Həftəsi” yaşlı insanların cəmiyyətdəki yerinin, hüquqlarının və həyat keyfiyyətinin xatırlandığı, qocalma fenomeninin sosial və sağlamlıq ölçüləri ilə ələ alındığı mühüm maarifləndirmə həftəsidir.

 

Türk Tənəffüs Araşdırmaları Cəmiyyəti (TÜSAD) açıqlamasında 2050-ci ildə 65 və daha yuxarı yaşda olan insanların sayının 1,6 milyarda çatacağını təxmin edir. Sürətlə qocalan dünyada yaşlı insanların cəmiyyətə inteqrasiyası, onların ləyaqətli və sağlam həyat hüquqlarının qorunması, nəsillər arası həmrəyliyin gücləndirilməsi hər zamankindən daha çox əhəmiyyət kəsb edir.


Dünya üzrə ümumi əhali içərisində yaşlı əhalinin xüsusi çəkisi 16 faizə çatacaq ki, bu da hər altı nəfərdən birinin 65 və yuxarı yaşda olması deməkdir. Daha parlaq məlumatlara görə, dünya tarixində ilk dəfə olaraq 65 yaşdan yuxarı insanların sayı 5 yaşa qədər olan uşaqların sayını ötüb. 2050-ci ildə yaşlı əhali dünyada 12 yaşa qədər uşaqların sayına bərabər olacaq və 5 yaşa qədər uşaqların sayından təxminən iki dəfə çox olacaq.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub