Geniş yayılmış xəstəliyin inkişafının sirri açılıb
18.03.2025 16:38

Tədqiqatçılar ilk dəfə Parkinson xəstəliyi ilə əlaqəli PINK1 proteininin zədələnmiş mitoxondriləri necə tanıdığını və aradan qaldırdığını müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, "Science" jurnalında dərc olunan kəşfi xəstəliyin gedişatını yavaşladan və ya dayandıran dərmanların hazırlanmasına kömək edə bilər.

 

Parkinson xəstəliyi beyin hüceyrələri artıq kifayət qədər enerji almadıqda və ölməyə başladıqda inkişaf edir. PINK1 zülalı, orqanizmin onları çıxara bilməsi üçün "nasaz" mitoxondriləri qeyd edərək hüceyrələrin qorunmasında əsas rol oynayır. Lakin bəzi insanlarda bu mexanizm genetik mutasiyaya görə işləmir ki, bu da toksinlərin yığılmasına və beyin hüceyrələrinin məhvinə səbəb olur.

 

İndiyə qədər alimlər PINK1-in öz funksiyasını necə yerinə yetirdiyini dəqiq bilmirdilər. İndi onlar müəyyən ediblər ki, proses dörd mərhələdə baş verir: əvvəlcə zülal zədələnməni aşkar edir, sonra mitoxondriyə yapışır, xüsusi siqnalla onu qeyd edir və “tapşırığı” yerinə yetirmə prosesinə başlayır.

 

Tədqiqatın nəticələri müalicəsi mümkün olmayan Parkinson xəstəliyinin yeni müalicə üsullarına yol açır. Alimlər ümid edirlər ki, onların işi milyonlarla insanda xəstəliyin gedişatını ləngidə və ya dayandıra bilən dərmanlar yaratmağa kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub